Bu gün İstanbul derbisi olacaq.
Omnisport.az xəbər verir ki, Türkiyə Superliqasının 9-cu turunda “Qalatasaray” “Fənərbaxça”ya ev sahibliyi edəcək. Görüş Bakı vaxtı ilə 22:30-da start götürəcək.
“Sarı-qırmızılar” 8 turdan sonra 19 xalla ikinci sıradadır. 16 xalı olan “Fənərbaxça” isə üçüncüdür. Komandaların hazırkı mövqeyi derbiyə marağı bir qədər də artırır.
Qeyd edək ki, 9 oyunda 20 xal toplamış “Amedspor” turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
