Əsas məzmuna keç
Bazar, 18 Oktyabr 2026

Müəllif hüquqları və məzmundan istifadə qaydaları

Son yenilənmə: 18 oktyabr 2026

1. Materialların hüquqları

Saytda dərc olunan orijinal mətnlər, redaksiyanın çəkdiyi foto və videolar, qrafiklər, loqo və dizayn elementləri, ayrıca göstərilmədikdə, OmniSport.az-a məxsusdur və müəllif hüquqları ilə qorunur. Saytda üçüncü tərəflərə (foto agentlikləri, klublar, federasiyalar, digər müəlliflər) məxsus materiallar da ola bilər; onların hüquqları müvafiq hüquq sahiblərinə məxsusdur.

2. Nəyə icazə verilir

  • Materialın linkini paylaşmaq (sosial şəbəkələrdə, messencerlərdə, saytlarda);
  • materialdan qısa sitat gətirmək, bu şərtlə ki, mənbə olaraq «OmniSport.az» adı göstərilsin və orijinal materiala aktiv (klikləmək mümkün olan) link verilsin;
  • şəxsi, qeyri-kommersiya məqsədilə materialı oxumaq və yadda saxlamaq.

3. Nə qadağandır

  • Materialları tam və ya böyük hissəsini redaksiyanın yazılı icazəsi olmadan başqa saytlarda, sosial şəbəkə səhifələrində, kanallarda və ya çap nəşrlərində yenidən dərc etmək;
  • Saytdakı foto, video və qrafikləri icazəsiz götürmək. Bu materialların bir hissəsi üçüncü tərəflərə məxsusdur və onları yalnız hüquq sahibi icazə verə bilər;
  • materialı mənbə göstərmədən və ya öz materialınız kimi təqdim etmək;
  • materialın mənasını təhrif edəcək şəkildə dəyişmək;
  • materialları avtomatik vasitələrlə kütləvi yığmaq.

Tam dərc və ya kommersiya istifadəsi üçün info@omnisport.az ünvanına yazın.

4. Üçüncü tərəf materiallarından necə istifadə edirik

  • Başqa media qurumlarının xəbərlərini tam köçürmürük. Onların məlumatından istifadə etdikdə öz mətnimizi yazır, mənbəni göstəririk.
  • Fotolardan yalnız hüququ olduğumuz halda istifadə edirik: redaksiyanın öz fotoları, rəsmi mətbuat materialları (klub, federasiya, təşkilatçı tərəfindən mediaya təqdim edilən), lisenziya əsasında alınan fotolar və ya istifadə şərtlərinə əməl etməklə sərbəst lisenziyalı fotolar.
  • Mümkün olduqda foto müəllifini və ya mənbəyini göstəririk.

5. Hüquq pozuntusu barədə müraciət

Saytda hüququ sizə məxsus olan materialın icazəsiz istifadə edildiyini düşünürsünüzsə, info@omnisport.az ünvanına yazın və məktubda göstərin:

  1. adınızı və ya təmsil etdiyiniz təşkilatın adını, əlaqə məlumatlarınızı;
  2. Saytda həmin materialın yerləşdiyi səhifənin linkini;
  3. materialın sizə məxsus olduğunu təsdiq edən məlumatı (orijinal dərcin linki, lisenziya və s.);
  4. tələbinizi (materialın silinməsi, müəllifin göstərilməsi və s.).

Müraciətə mümkün qədər qısa müddətdə baxılır. Pozuntu təsdiqlənərsə, material düzəldilir və ya Saytdan çıxarılır.