Azərbaycanın futzal üzrə milli komandamız FIFA 2028 Dünya Çempionatının əsas mərhələsinin ilk oyununa çıxıb.
Omnisport.az xəbər verir ki, "Hala Polarka" arenasında keçirilən qarşılaşma millimizin Çexiyaya 1:2 hesabı ilə məğlubiyyəti ilə yekunlaşıb.
Komandamızın heyətində isə 34-cü dəqiqədə Ülvi Əliyev fərqlənib.
Qeyd edək ki, futzal millimiz növbəti qrup oyununu noyabrın 5-də Lənkəranda Çexiya yığmasına qarşı keçirəcək.
