Kiyev “Dinamo”su baş məşqçi İqor Kostyukla əməkdaşlığa son qoyub.
Omnisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar komandanın Ukrayna Premyer Liqasının 9-cu turunda “Polissya”ya 1:3 hesabı ilə məğlub olmasından sonra verilib.
Yeni baş məşqçi təyin olunana qədər komandanı Matsey Kendzyorek çalışdıracaq. O, çempionatın növbəti qarşılaşmalarında “Dinamo”ya baş məşqçi vəzifəsini icra edən kimi rəhbərlik edəcək.
Qeyd edək ki, Kostyuk 2025-ci ildən Kiyev təmsilçisinə rəhbərlik edirdi. Mütəxəssisin rəhbərliyi altında “Dinamo” 8 oyundan sonra 16 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində yer almışdı.
