Əsas məzmuna keç
Bazar ertəsi, 19 Oktyabr 2026
Son dəqiqə
Futbol

Mövsümün tamaşaçı rekordu

“Qarabağ” – “Neftçi” qarşılaşmasını (3:3) 13500 seyrçi izləyib.

Mövsümün tamaşaçı rekordu

Misli Premyer Liqasında tamaşaçı rekordu qeydə alınıb.

Omnisport.az PFL-in saytına istinadən xəbər verir ki, VIII turun görüşlərini ümumilikdə 30800 izləyici seyr edib. “Kəpəz” – “Zirə” görüşünü (1:1) 13800, “Qarabağ” – “Neftçi” qarşılaşmasını (3:3) 13500 seyrçi izləyib. Digər oyunlarda tamaşaçı nisbətən az olub: “Şamaxı” – “Şəfa” (3:2) 1200, “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) 1200, “Qəbələ” – “Sabah” (0:4) 750, “İmişli” – “Turan Tovuz” (1:0) 350. Orta göstərici 5133-ə bərabər olub.

Bunadək rekord 24 min 512-yə bərabər idi. Bu göstərici IV turda qeydə alınmışdı.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47