Əsas məzmuna keç
Bazar ertəsi, 19 Oktyabr 2026
Son dəqiqə
Futbol

Səfərdə 700-cü qol

“Neftçi”nin 700-cü səfər qolu

Səfərdə 700-cü qol

**“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

Omnisport.az** PFL-in saytına istinadən xəbər verir ki, bu Misli Premyer Liqasının 8-ci turunda gerçəkləşib. “Qarabağ”la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

“Ağ-qaralar” rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.

Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47