Əsas məzmuna keç
Bazar ertəsi, 19 Oktyabr 2026
Son dəqiqə
Güləş

Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirildi

Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.

Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirildi

Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.

Omnisport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

İlk dəfə keçirilən turnir AGF və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ortaq təşkilatçılığı ilə baş tutub.

U-15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə mübarizə aparıb. Turnirin ilk günündə Astara güləş məktəbinin tanınmış siması, Avropa və U-23 dünya çempionu, U-15 milli komandanın məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də keçirilib.

Qeyd edək ki, belə yarışların keçirilməsində məqsəd perspektivli idmançıların üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47