Əsas məzmuna keç
Bazar ertəsi, 19 Oktyabr 2026
Son dəqiqə
Futbol

Dortmund “Borussiya”sı Bakıda - Yeni

Dortmund “Borussiya”sı UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək oyun üçün Bakıya gələn heyətini açıqlayıb.

Dortmund “Borussiya”sı Bakıda - Yeni

Alman klubu UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək qarşılaşma üçün Azərbaycan paytaxtına yola düşüb.

Omnisport.az xəbər verir ki, səfər barədə məlumat komandanın sosial şəbəkə hesabında paylaşılıb.

Almaniya təmslçisinin paylaşımına əsasən, Bakıya 23 futbolçu gəlib.

Qapıçılar: Qreqor Kobel, Aleksander Meyer, Patrik Dreves.

Müdafiəçilər: Niko Şlotterbek, Joan Qadu, Valdemar Anton, Luka Recciani, Rami Bensebaini, Daniel Svensson, Yulian Ryerson, Filippo Mane.

Yarımmüdafiəçilər: Kaua Prates, Feliks Nmeça, Cob Bellinqem, Coy Virman, Karni Çukvuemeka, Marsel Sabitser, Enzo dos Santos, Matis Albert.

Hücumçular: Samuele İnasio, Maksimilian Bayer, Seru Girassi, Fabio Silva.

Qeyd edək ki, matç sabah Bakı Olimpiya Stadionunda start götürəcək. Görüş yerli vaxtla 20:45-də başlayacaq.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47