Əsas məzmuna keç
Şənbə, 24 Oktyabr 2026
Son dəqiqə
Futbol

"Qələbəyə layiq idik" - Azər Məmmədov

“Kəpəz” hələ yüksək yerlər uğrunda mübarizəyə hazır deyil

"Qələbəyə layiq idik" - Azər Məmmədov

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 9-cu turunda “Şəfa”ya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Omnisport.az mütəxəssisin oyundan sonra keçirilən mətbuat konfrasında söylədiyi fikirləri diqqətinizə çatdırır.

"Matçdan əvvəl heyətlə bağlı itkilərimiz var idi. İlk hissədə daha yaxşı oynadıq və qol vurmağa layiq idik. Rəqib təzyiq göstərdi və hesabı açdı. Bundan sonra oyun modelimizdə müəyyən dəyişikliklər etdik. Düşünürəm ki, qələbəyə layiq idik.

Yaxşı nəticələr seriyası yaxalamışıq. Amma daha çox çalışmalıyıq. Çatışmazlıqlarımız kifayət qədərdir, hərçənd yavaş-yavaş öz oyunumuzu tapırıq. İnkişaf var. Daha yaxşısını edə bilərik.

Qış fasiləsinə qədər belə davam etsək, bu, bizim üçün uğurlu olacaq. “Kəpəz” hələ yüksək yerlər uğrunda mübarizəyə hazır deyil. Yaxşı sponsorumuz olsa, iddialı komandaya çevrilə bilərik".

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47