“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin Misli Premyer Liqasının 9-cu turunda “Araz Naxçıvan”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Omnisport.az mütəxəssisin oyundan sonra keçirilən mətbuat konfrasında söylədiyi fikirləri diqqətinizə çatdırır.
“Bu gün çətin oyun oldu. Hər iki komanda üçün qələbə vacib idi. Qalib gəldik, amma bununla kifayətlənməli deyilik. Bundan sonrakı matçlarda da 3 xal əldə etmək lazımdır. Zamanla daha yaxşı olacağıq.
İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. “Araz-Naxçıvan”ın keyfiyyətli futbolçuları var. Bəzən onlar bizi məcbur edirdilər ki, müdafiəyə çəkilək. Oyunun bəzi məqamlarından razı qalsam da, bəzilərindən narazı qaldım. Amma hələ işimiz çoxdur”.
