Əsas məzmuna keç
Şənbə, 24 Oktyabr 2026
Son dəqiqə
Futbol

"Liqanın ən yaxşı kollektivlərinə qarşı oynayacaq komandamız var" - Filipe Kandido

Oyunçularımın daha çoxunu bacaracağına inanıram

"Liqanın ən yaxşı kollektivlərinə qarşı oynayacaq komandamız var" - Filipe Kandido

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandidonun Misli Premyer Liqasının 9-cu turunda “Zirə”yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Omnisport.az mütəxəssisin oyundan sonra keçirilən mətbuat konfrasında söylədiyi fikirləri diqqətinizə çatdırır.

“Məncə, bizim üçün məyusedici oldu. Düşünürəm ki, yekun nəticədə daha çoxuna layiq idik. Matça yaxşı başlamadıq. Oyun qurarkən vacib vəziyyətlərdə toplar itirdik. Rəqibin bundan istifadə etmək üçün keyfiyyətli oyunçuları var. Lakin 0:2-dən sonra komandamın xarakterini bəyəndim. Fasilədə futbolçulara dedim ki, oyunu qaytara bilərik. İki qol vurduq. Təəssüf ki, biri sayılmadı. Məyus olduğum məqam odur ki, daha çoxunu edə bilərdik. Oyunçularımın daha çoxunu bacaracağına inanıram. “Zirə” qələbə qazanmaq üçün nələrsə edəcəkdi. Müdafiədə xırda səhvlər etdik. İnanıram ki, liqanın ən yaxşı kollektivlərinə qarşı oynayacaq komandamız var”.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47