“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Omnisport.az mütəxəssisin oyundan sonra keçirilən mətbuat konfrasında söylədiyi fikirləri diqqətinizə çatdırır.
"Təəssüf ki, növbəti dəfə də məğlubiyyəti şərh etməli olacağam. Oyuna yaxşı başlamadıq. Lakin ikinci hissədə tam üstünlüyü ələ aldıq və qol vurduq. Uğursuz penalti zərbəsindən sonra rəqib hesabı bərabərləşdirdi və sonda qələbə qazandı.
Futbolçular çox gərgindirlər və bu gərginliyi üzərimizdən ata bilmirik. Bununla yanaşı, ümumilikdə oyun üslubumuz və sistemimiz yeni qurulan komanda üçün yaxşıdır. Bilmirəm, bunu şanssızlıqla, yoxsa təcrübəsizliklə əlaqələndirim. Hər halda, düşdüyümüz vəziyyət bizi məyus edir. Hazırda çox çətin durumdayıq".
