Əsas məzmuna keç
Şənbə, 24 Oktyabr 2026
Son dəqiqə
Futbol

“Kəpəz” “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqasında 9-cu turun matçları davam edir

“Kəpəz” “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqasında 9-cu tur davam edir.

Omnisport.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Günün ilk qarşılaşmasında “Şəfa” “Kəpəz”i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə “Neftçi” “Turan Tovuz”u qəbul edir.

Misli Premyer Liqası

IX tur

24 oktyabr (şənbə)

16:30. “Şəfa” - “Kəpəz” - 1:2

Qol: Maudo Jarjue, 65 (1:0), Şakir Seyidov, 74 (1:1), Benito, 80 (1:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)
“SOCAR Polymer Arena”

19:00. “Neftçi” - “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Şirmamed Mamedov (AVAR)
“Palms Sports Arena”

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47