Əsas məzmuna keç
Bazar ertəsi, 26 Oktyabr 2026
Son dəqiqə
Futbol

Sadıqovun 250-ci matçı

“Qartallar”ın baş məşqçisi 250-ci matçına çıxıb

Sadıqovun 250-ci matçı

**Misli Premyer Liqasının 9-cu turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Omnisport.az** PFL-in saytına istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb. “Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəlib.

2020-ci ilin iyulundan “Zirə”ni çalışdıran Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i ölkə kuboku, 16-sı avrokubok matçı olub.

Qeyd edək ki, baş məşqçinin debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47