Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı bu gün başa çatdı.
Omnisport.az xəbər verir ki, A liqasının final matçında İspaniya Çexiya ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.
Bakı Kristal Zalında baş tutan görüşdə üstünlük əldə edən İspaniya yığması çempion olub. Bu, Azərbaycanda ilk dəfə təşkil olunan U-15 dünya çempionatında qazanılan qələbə kimi tarixə düşüb.
Qeyd edək ki, 189 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan millisi ümumi sıralamada 84-cü pillədə qərarlaşıb.
