Əsas məzmuna keç
Şənbə, 31 Oktyabr 2026
Son dəqiqə
Cüdo

Cüdoçumuz çempion oldu - Yeni

İslam Rəhimov avropa çempionu olub

Cüdoçumuz çempion oldu - Yeni

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

Omnisport.az xəbər verir ki, -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir.

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47