“Sabah” bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsində üçüncü oyununu keçirəcək. Valdas Dambrauskasın yetirmələri Dortmund “Borussiya”sına qarşı meydana çıxacaq.
Omnisport.az xəbər verir ki, matçı İspaniya hakimləri briqadası idarə edəcək. Hazırda hər iki komandanın 3 xalı var. Əlavə göstəricilərə görə, “Sabah” 22-ci, Dortmund təmsilçisi isə 18-ci pillədədir. Azərbaycan təmsilçisi ilk turda “Mançester Yunayted”ə uduzub, sonra “Slaviya”nı məğlub edib. Dortmund isə “Vilyarreal”ı üstələyib, “Budo Qlimt”ə məğlub olub.
**UEFA Çempionlar Liqası, liqa mərhələsi, 3-cü tur
“Sabah” (Azərbaycan) – “Borussiya” (Dortmund, Almaniya)
Hakimlər:** Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Saat: 20:45
Məkan: Bakı Olimpiya Stadionu
