Əsas məzmuna keç
Çərşənbə, 21 Oktyabr 2026
Son dəqiqə
Futbol

“Sabah” “Borussiya”ya uduzdu - Çempionlar Liqası

“Sabah” Çempionlar Liqasında “Borussiya”ya uduzdu

“Sabah” “Borussiya”ya uduzdu - Çempionlar Liqası

Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” komandasına 1:2 hesabı ilə məğlub olub.

Omnisport.az xəbər verir ki, qonaqlar 10-cu dəqiqədə Seru Qirassinin qolu ilə irəli keçib. 39-cu dəqiqədə Aden Makkarti hesabı bərabərləşdirsə də, 53-cü dəqiqədə Qirassi ikinci qolunu vuraraq dortmundluların qələbəsini təmin edib.

Qeyd edək ki, Valdas Dambrauskasın komandası bu oyuna qədər 3 xalla turnir cədvəlində 23-cü yerdə idi.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur

20:45. "Sabah" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2

Qollar: Seru Qirassi, 10 (0:1), Aden Makkarti, 39 (1:1), Seru Qirassi, 53 (1:2)

Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)

VAR: Sezar Soto Qrado (İspaniya)

AVAR: Valentin Qomez (İspaniya)

Bakı Olimpiya Stadionu

Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
760 × 120 +994 50 630 77 47
Reklam
Reklam üçün əlaqə
Burada sizin reklamınız ola bilər
1200 × 120 +994 50 630 77 47